Bu ölkədə helikopterdən PUL YAĞDIRILDI

Bu ölkədə helikopterdən PUL YAĞDIRILDI

ABŞ-nin Michiqan ştatının Detroyt şəhərində qeyri-adi bir vida mərasimi keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, yerli əhali tərəfindən səxavəti ilə tanınan 58 yaşlı Darrell Tomasın xatirəsinə keçirilən vida mərasimində helikopterlə havadan pullar səpilib.

Həmin anlar mobil telefon kameraları ilə saniyə-saniyə qeydə alınıb.

Kadrlarda vətəndaşların pulları tutmaq üçün bir-birilə yarışdığı açıq-aşkar görünür.

Hadisə 27 iyun tarixində Gratiot və Conner küçələrinin kəsişməsində baş verib.

Tomas ailəsinə olan bağlılığı, qonşularla sıx münasibətləri və klassik avtomobillərə olan sevgisi ilə seçilirdi. Onun xatirəsini yaşatmaq istəyən oğulları bu özünəməxsus tədbirin təşəbbüskarları olublar.

Atalarının cəmiyyətə olan sevgisini son dəfə nümayiş etdirmək istəyən övladları, ona məxsus olan avtoyuma məntəqəsinin yaxınlığında helikopter vasitəsilə havadan pul səpiblər.

“Bəlkə də bir çoxunuz atamı tanımırdınız, amma o, mükəmməl bir ata idi. O, cəmiyyət üçün bir əfsanə idi. Hər kəsə kömək edərdi və bu, onun hamıya etdiyi son yaxşılıq oldu. Sadəcə bu qədər”, - deyə oğlu Smoke bildirib. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”