Deputat: "Narkotiklə bağlı cəza ağırlaşdırılsın"

Ölkədə narkotiklə bağlı cəza ağırlaşdırılmalıdır.
"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.
"Ölkə qanunvericiliyinə görə narkotiklə bağlı azadlıqdan məhrumetmə cəzası 8 ildən 15 ilə qədərdir. Ümumilikdə, onlarla insan narkotik səbəbindən həbs olunur. Bunları xəbərlərdə də görürük. 15-30 kiloqram narkotik tutulur. Bu hələ görünən hissədir. Məsələyə daha ciddi yanaşmağa ehtiyac var”.
Deputat Səyyad Aslan qeyd edib ki, narkotikin ən çox keçirilən yeri İrandırsa, orada birbaşa ölüm hökmü tətbiq olunur. Əfqanıstanda da bu belədir.
“Azərbaycanda ölüm hökmü yoxdur, lakin narkotik dövriyyəsi ilə bağlı sanksiya daha da ağırlaşdırılmalıdır",- deputat qeyd edib.
"Cebheinfo.az"