Ukraynadan Rusiyaya 3 ŞƏRT

Ukraynanın müdafiə naziri Rüstəm Umerov İstanbulda Rusiya ilə danışıqlarda ölkəsinin sülh tələblərini bəyan edib.
"Cebheinfo.az" xəbər verir ki, onun sözlərinə görə, sülhün əldə olunması üçün Rusiya 30 günlük atəşkəs, oğurlanmış uşaqların geri qaytarılması və bütün hərbi əsirlərin mübadiləsi şərtlərini qəbul etməlidir.
Qeyd edək ki, bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib.
Aslan
"Cebheinfo.az"