Əvvəlcə İlham Əliyev, sonra Ərdoğan - VİDEO

Əvvəlcə İlham Əliyev, sonra Ərdoğan - VİDEO

Tiranada keçirilən 6-cı Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qısa söhbət olub.

“Cebheinfo.az” xəbər verir ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Tiranada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Baş nazir Nikol Paşinyanın paylaşdığı videodan görünür ki, iki liderin ayrıca görüşündən sonra onlara iki ölkənin xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov da qoşulub.

Paşinyanın Albaniyada beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri də planlaşdırılır.

Xəzər
“Cebheinfo.az”