Ukrayna Zelenski və Putin arasında birbaşa danışıqlar təklifi ilə çıxış edib

Ukrayna tərəfi Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putin arasında birbaşa təklifi ilə çıxış edib.
Bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
"Biz bu sorğunu nəzərə aldıq", - o qeyd edib.
V.Medinski Rusiyanın əlaqələri davam etdirməyə hazır olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna tərəfi ilə İstanbulda birbaşa danışıqlar başa çatıb və tərəflər "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, hər bir tərəf atəşkəsin gələcəyi ilə bağlı öz baxışını detallı təqdim edəcək.
"Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqların nəticəsindən məmnundur", - V.Medinski bildirib.
"Cebheinfo.az"