Məşhur müğənninin bacısı öldü - FOTOLAR

Məşhur müğənninin bacısı öldü - FOTOLAR

Mahnıları və açıqlamaları ilə daim maqazin gündəmində olan türkiyəli müğənni Simge Sağının bacısı Nilay Sağın vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, o, bu gün son mənzilə yola salınıb.

Dəfn mərasimində olduqca çətin anlar yaşayan Simge Sağın tabutun üzərinə sarılaraq göz yaşlarını saxlaya bilməyib.

Ayaqda durmaqda çətinlik çəkən müğənni yaxınlarının dəstəyi ilə mərasimdə iştirak edib.45 yaşında dünyasını dəyişən Nilay Sağın uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirdi. Verilən məlumata görə, o, yuxuda vəfat edib.

Nilay Sağının cənazəsi bu gün günorta namazından sonra Kozyatağı Mehmet Çavuş məscidində (Müasir Məscid) qılınan namazdan sonra Feriköy qəbiristanlığında torpağa tapşırılıb.

Simge Sağın bacısının qəfil itkisi ilə bağlı dünən etdiyi paylaşımda dəfn mərasiminin detalları ictimaiyyətlə bölüşülüb.Mərasimə müğənninin yaxınları qatılıb. Ferhat Göçer, Nebahat Çehre və Sezen Aksu kimi tanınmış sənətçilər isə çələng göndərərək ailəyə başsağlığı veriblər.

Əfsanə Rəcəb
"Cebheinfo.az"