Keçmiş Baş prokurorun partiyasında qurultay: Sabah yeni sədr seçiləcək

Ədalət Partiyası sabah - 17 may saat 14:00-da növbəti sayca IX qurultayını keçirəcək.
Qurultay Qafqaz Biznes Mərkəzində baş tutacaq. Qurultayda partiyaya yeni sədr və digər rəhbər orqanların seçkisi olacaq.
“Cebheinfo.az”-ya bu haqda məlumatı Ədalət Partiyası sədrinin müavini, Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Mütəllim Rəhimli verib.
Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.
Vilayət Muxtar
“Cebheinfo.az”