"Ayla" filminin əsl qəhrəmanı vəfat etdi

"Ayla" filminin əsl qəhrəmanı vəfat etdi

“Ayla” filmində hekayəsi böyük ekranlara gətirilən koreyalı aktrisa Kim Eunja dünyasını dəyişib.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyənin Seuldakı səfirliyindən verilən yazılı açıqlamaya görə, Seul yaxınlığındakı İnçeon şəhərində uşaqları və nəvələri ilə yaşayan Kim 2022-ci ildə COVID-19-a yoluxduqdan sonra pnevmoniyaya yoluxub.

Koreya Veteranlar və Vətənpərvərlər Nazirliyinin də himayəsində olan Kim bir müddətdir İnçeon yaxınlığındakı Sonqdo Hana Xəstəxanasının Yaşlılar Baxımı şöbəsində müalicə alırdı.

Bu yaxınlarda demensiyaya yoluxan Kim yenidən pnevmoniyaya yoluxub və dünyasını dəyişib.Son anlarına qədər Türkiyə sevgisini itirməyən Kim Türkiyənin Seuldakı səfirliyinə tez-tez baş çəkirdi.

Onun ölüm xəbərindən sonra Türkiyənin Seuldakı səfiri Murat Tamer dəfn evinə gələrək Kimin ailəsinə başsağlığı verib.

Qeyd edək ki, əsl hekayədən uyğunlaşdırılan “Ayla” filmi Koreya müharibəsi zamanı tək tapdığı beş yaşlı qıza qulluq edən Astsubay Süleyman Dilbirliği ilə Ayla adlı qızın həyatından bəhs edir.

Nigar Hacılı 
"Cebheinfo.az"