Bu ölkədə məcburi hərbi xidmət bərpa olunur
Almaniya 2027-ci ilə qədər bütün kişilər üçün məcburi hərbi xidməti bərpa etməyi düşünür.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Britaniyanın “The Telegraph” nəşri yazıb.
Nəşr qeyd edir ki, Rusiyadan gözlənilən təhlükəyə qarşı dayanmaq üçün Almaniya könüllü hərbi xidmət proqramları vasitəsilə silahlı qüvvələrini gücləndirməyə çalışsa da, alman qanunvericiləri bunun kifayət etməməsindən qorxurlar.
Almaniya parlamentinin müdafiə komitəsinin rəhbəri Tomas Revekamp xəbərdarlıq edib ki, könüllülərin cəlb edilməsi ilə bağlı məqsədlərə nail olunmasa, Berlinin hərbi xidmətə çağırışı bərpa etməkdən başqa çarəsi qalmayacaq.
“Əgər könüllü hərbi xidmətə çağırış yolu ilə bu məqsədlərə nail ola bilməsək, məcburi hərbi xidmətə qayıtmalı olacağıq”, - deyə Revekamp bildirib.
Almaniya kansleri Fridrix Merts Avropada ən güclü ənənəvi ordu yaratmağı və Bundesverin sayını 2035-ci ilə qədər təxminən 185 min aktiv xidmət əsgərindən 260 min nəfərə çatdırmağı vəd edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”


