Bakıda "UFC Fight Night Baku" turnirinə start verildi
Bakıda keçirilən "UFC Fight Night Baku" turnirinə start verilib.
"Cebheinfo.az" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq turnir çərçivəsində ümumilikdə 13 döyüş keçiriləcək.
İlkin döyüşlər saat 17:00, əsas qarşılaşmalar isə 20:00-dan başlayacaq.
"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Əlavə olaraq azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə güclünün adına aydınlıq gətirəcəklər.
"UFC Fight Night Baku" turniri
İlkin görüşlər
Tahir Abdullayev (Azərbaycan) - Cefferson Nasimento (Braziliya)
Bekzat Almakhan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)
Daniil Donçenko (Ukrayna) - Teodor Berggen (İsveç)
Kaan Ofli (Avstraliya) - Xavyer Reyes (Kolumbiya)
Nursulton Ruziboev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)
Abdul Rahman Yahyaev (Türkiye) - Culius Uolker (ABŞ)
Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)
Əsas döyüşlər
Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)
İkram Aliskerov (Rusiya) - Bruno Ferreyra (Braziliya)
Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)
Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)
Ko-meyn event (Gecənin ikinci əsas döyüşü):
Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)
Gecənin əsas döyüşü (Main event)
Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)
"Cebheinfo.az"


