Tahir Abdullayev Bakıdakı UFC turnirində qələbə qazanıb
Azərbaycanın MMA idmançısı Tahir Abdullayev (77,33 kq) Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində qələbə qazanıb.
"Cebheinfo.az" xəbər verir ki, o, yarımorta çəkidə braziliyalı Ceferson Nasimento (77,56) ilə üz-üzə gəlib.
Döyüşçü rəqibinə üçüncü raundda vaxtından əvvəl qalib gəlib.
Xatırladaq ki, "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
"Cebheinfo.az"


