Türkiyədə yay mövsümündə çəhrayı rəngə bürünən göl - FOTOLAR

Türkiyədə yay mövsümündə çəhrayı rəngə bürünən göl - FOTOLAR

Aksaray, Konya və Ankara sərhədləri daxilində yerləşən Türkiyənin ikinci ən böyük gölü olan Duz gölü, hava istiliyi artdıqca yosunlar və digər mikroorqanizmlərin piqmentlər buraxması səbəbindən çəhrayı rəngə çevrilib.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyənin duz ehtiyacının böyük bir hissəsini təmin edən Duz gölü çəhrayı rəngə çevrilib.

Durnaların yuva qurduğu və ən yaxşı qidalarını tapdığı göl, çəhrayı rəngini göstərən dron görüntülərində qeydə alınıb.

Unikal mənzərəsi ilə izləyiciləri valeh edən Duz gölü indi çəhrayı rəngi ilə diqqəti cəlb edir. 

Hər il minlərlə yerli və xarici turistə ev sahibliyi edən Duz gölündə yosunlar temperatur və duz səviyyəsi artdıqca özlərini qorumaq üçün piqmentlər buraxırlar.

Bu təbii fenomen gölün çəhrayı rəngə çevrilməsinə səbəb olur. Geologiya Mühəndisləri Palatasının Aksaray əyalət nümayəndəsi Tayfun Aydın təbii fenomeni izah edib:

"Türkiyənin ikinci ən böyük gölü olan Duz gölü, yay aylarında temperaturun artması və buxarlanma səbəbindən qırmızı və çəhrayı rəngə çevrilir. Gördüyünüz kimi, hazırda çəhrayı və qırmızı rəngdədir".

Bunun əslində təbii bir fenomen olduğunu vurğulayan Aydın, "Bu, canlı orqanizmlərin həddindən artıq sərt temperaturdan və artan duz tərkibindən qorunmaq üçün gölə buraxdığı piqmentlərdən qaynaqlanır.

Bu piqmentlər gölə qırmızı və çəhrayı rəng verir. Burada ən çox yayılmış mikroorqanizmlər yosunlardır. Bu yosunlar həmçinin flaminqolar üçün vacib qida mənbəyidir" deyib.

Nigar
"Cebheinfo.az"