Türklər Ukrayna və Suriyanı yenidən quracaq
Türkiyə tikinti şirkətləri Ukrayna və Suriyanın yenidən qurulmasında aparıcı rol oynayacaqlar
."Cebheinfo.az" xəbər verir ki, Türkiyə Ticarət Nazirliyinin dəstəyi ilə təşkil edilən "Tikinti Zirvəsi Türkiyə" tədbirində çıxış edən Türk Podratçılar Birliyinin (TMB) prezidenti Erdal Eren, sektorun hədəflərini müəyyən etdiklərini və xarici bazarlarda güclü mövqelərini qoruyub saxlamağa davam edəcəklərini vurğulayıb.
Eren qeyd edib ki, türk podratçı firmaları Rusiya, Ukrayna və Yaxın Şərq kimi bölgələrdə fəaliyyət göstərir, lakin müharibə səbəbindən alternativlər axtarırlar:
"Məqsədimiz Afrikada genişlənmək idi. Lakin daha əhəmiyyətli bir uğur qazandıq. Balkanlarla, sonra Şərqi Avropa ilə başladıq və indi demək olar ki, bütün Avropada layihələr həyata keçiririk".
Rusiya-Ukrayna müharibəsi bitərsə, türk podratçılarının Ukraynanın yenidənqurma prosesində mühüm rol oynayacağına diqqət çəkən Eren, "Təəssüratlarımıza görə, müharibənin bu il bitməsi ehtimalı yüksəkdir. Ölkəmiz də bu prosesə dəstək verir.
Müharibə bitdikdə, ukraynalıların indiyə qədər onlarla olan əməkdaşlığımıza əsasən demək olar ki, bütün layihələr üçün türk podratçılarını çağırmasını gözləyirik.
Həqiqətən də, bəzi üzvlərimiz müharibə zamanı belə Ukraynanı tərk etmədilər. Onlar gedib dərhal Ukraynada dağıdılmış körpüləri bərpa etdilər" deyib.
Müharibə səbəbindən Suriyadakı infrastrukturun tamamilə dağıdıldığını qeyd edən Erdal Eren, türk podratçılarının da bu bölgədə aktiv rol oynayacağını söyləyi:
"Suriyanın çox böyük ehtiyacları var. Təxminən iki ay əvvəl Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar Suriya-Türkiyə Birgə Forumu üçün İstanbula gəlmişdi. O, Türkiyə Ticarət Nazirliyi vasitəsilə mənimlə təkbətək görüşmək istədiyini bildirdi.
Türkiyədən bizim ora getməyimizi və Suriyanın yenidən qurulmasında rol oynamağımızı gözlədiklərini dedi. Biz yalnız iş görmürük, həmçinin Türkiyə ilə tikinti işləri apardığımız hər bir ölkə arasında dostluq əlaqələri və körpüləri qururuq".
Nigar
"Cebheinfo.az"


