Tramp Avropanın miqrasiya siyasətini tənqid edib

Tramp Avropanın miqrasiya siyasətini tənqid edib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri öz miqrasiya siyasətləri səbəbindən üçüncü dünya dövlətlərinə çevrilmək riski ilə üz-üzədir.

"Cebheinfo.az" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb.

"Avropa öyrənəcək ki, əgər siz üçüncü dünya ölkələrindən olan cinayətkarları qəbul edirsinizsə, o zaman üçüncü dünya ölkəsinə çevrilirsiniz. Bu, çox sürətlə, göz qırpımında baş verir. Məni tam vaxtında seçiblər", - Tramp yazıb.

ABŞ Prezidenti Vaşinqtonun Avropadakı müttəfiqlərini həddindən artıq yumşaq miqrasiya siyasəti yürütdüklərinə görə tənqid edib. O həmçinin bildirib ki, administrasiyası tərəfindən qeyri-qanuni miqrasiya ilə mübarizə istiqamətində görülən tədbirlər ABŞ-nin üçüncü dünya ölkəsinə çevrilməsinin qarşısını almağa imkan verib.

"Cebheinfo.az"