Keçmiş spikerin ərinin başı dərddə: Vurub qaçıb

Keçmiş spikerin ərinin başı dərddə: Vurub qaçıb

ABŞ-nın Nümayəndələr Palatasının keçmış spikeri Nensi Pelosinin əri Pol Pelosi Kaliforniyanın Napa dairəsində qəza törədərək qaçmaqda ittiham olunub.

“Cebheinfo.az” xəbər verir ki, Napa dairəsi Şerif Ofisinin məlumatına görə, cümə günü yerli vaxtla saat 14:30 radələrində şahidlərdən biri maşının Yountville yaxınlığında park edilmiş bir avtomobillə toqquşduğunu bildirib.

“Kabriolet”in sürücüsü qısa müddətə dayanıb və sonra hadisə yerini tərk edib.

Avtomobil daha sonra yolu bağlayaraq yaxınlıqda tapılıb. Sürücünün 86 yaşlı Pol Pelosi olduğu müəyyən edilib.

Müstəntiqlər onun "Nəyisə vurdum, amma nə olduğunu bilmədim" dediyini və sonra avtomobil nasaz olana qədər sürməyə davam etdiyini bildiriblər.

Şerif Ofisinin məlumatına görə, alkoqol testi mənfi nəticə verib. Pelosi həbs olunmayıb, lakin iş Napa dairəsi prokurorluğuna göndəriləcək. Onun sürücülük qabiliyyətinin yoxlanılması üçün standart prosedurun bir hissəsi olaraq sorğu da təqdim ediləcək.

Hadisə Pol Pelosinin 2022-ci ildə San-Fransiskodakı evində hücuma məruz qalmasından və ağır xəsarət almasından iki il sonra baş verib. Təcavüzkar uzunmüddətli həbs cəzasına məhkum edilib.

Xəzər
“Cebheinfo.az”