İran vətəndaşı İrəvanda özünü öldürmək istədi

İran vətəndaşı İrəvanda özünü öldürmək istədi

İrəvanda qeyri-adi hadisə baş verib.

Təxminən saat 18:00 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Baş İctimai Polis İdarəsinin Mərkəzi İdarəsinə İran İslam Respublikası vətəndaşının Petros Adamyan küçəsində Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının işinə mane olduğu və intihar etməklə hədələdiyi barədə məlumat daxil olub.

“Cebheinfo.az” xəbər verir ki, hadisəni fotojurnalist Qaqik Şamşyan ictimailəşdirib. Onun sözlərinə görə, Mərkəzi Polis İdarəsinin yüksək vəzifəli ictimai polis zabitinin rəhbərlik etdiyi növbətçi qrup hadisə yerinə gəlib və vətəndaşın qaçdığını aşkar ediblər.

Qaqik Şamşyanın sözlərinə görə, polis həmin şəxsin Bolqarıstan hökumətindən sığınacaq istəyən, lakin rədd edilən 36 yaşlı İran vətəndaşı Məhəmmədrza Əhmədi Şafein olduğunu müəyyən edib.

Hadisə ilə bağlı sənədlər Mərkəzi Polis İdarəsində toplanaraq İstintaq Komitəsinə göndərilib.

Xəzər
“Cebheinfo.az”