Renkanın "Əli və Nino" gözləntisi puç oldu - FOTOLAR
Rəqqasə Rəna Ağamuradova (Renka) istirahət üçün Gürcüstanın Batumi şəhərinə yollanıb.
Sənətçi səfərindən fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Renka Batuminin dənizkənarı mənzərələrini, şəhərin gecə görüntülərini və gəzdiyi məkanları nümayiş etdirib.
Rəqqasə Batuminin simvollarından sayılan "Əli və Nino" heykəlini də ziyarət edib. O, heykəlin ölçüsü ilə bağlı "Mən bu heykəli çox böyük düşünürdüm. Amma gəldim ki, çox balaca, şok oldum" sözlərini yazıb. (Axşam.az)
“Cebheinfo.az”




