İran dost və düşmənləri bir-birindən BELƏ AYIRACAQ

İran dost və düşmənləri bir-birindən BELƏ AYIRACAQ

İran Hörmüz boğazından keçən dost ölkələr üçün xüsusi şərtlər təklif edib.

“Cebheinfo.az”-ın AFP agentliyinə istinadən məlumatına görə, İranın Çindəki səfiri Əbdülrza Rəhmani Fəzli bu barədə danışıb. O bildirib ki, Tehran Hörmüz boğazında naviqasiya üçün yeni qaydaların tətbiqini nəzərdən keçirir və dost ölkələr üçün potensial olaraq xüsusi şərtlər mövcuddur.

Pekində keçirilən Dünya Sülh Forumunda çıxış edən səfir İranın strateji dəniz dəhlizi vasitəsilə tranzitin tənzimlənməsi üçün yeni bir sistem hazırlamaq üzərində Omanla əməkdaşlıq etdiyini deyib.

Onun sözlərinə görə, yeni mexanizmlərə naviqasiya təhlükəsizliyi, gəmi tranzitinə nəzarət və ətraf mühit standartları daxil olacaq:

“Bundan əlavə, çətin anlarda İranı dəstəkləyən ölkələr xüsusi münasibət hüququna malik olacaqlar”.

Diplomat bildirib ki, Çətin anlarda dost olan və bizi dəstəkləyən ölkələrə verilən xüsusi münasibəti nəzərə alacağıq.

Hörmüz boğazı dünyanın əsas neft və qaz təchizatı marşrutlarından biri olaraq qalır və dünya enerji təchizatının təxminən beşdə birini idarə edir. Son eskalasiya zamanı onun əməliyyatları qismən məhdudlaşdırılıb və bu da qlobal bazarlarda qiymətlərin artmasına səbəb olub.

Xəzər
“Cebheinfo.az”