İranın İsrailə zərbələri nəticəsində elmi laboratoriyalar dağılıb

İranın İsrailə zərbələri nəticəsində elmi laboratoriyalar dağılıb

İsrailin Beer-Şeva şəhərində yerləşən Ben-Qurion adına Universitetdə 6 tədqiqat laboratoriyası dağılıb.

"Report" xəbər verir ki, bu barədə “The Times of Israel” universitet nümayəndələrinə istinadən xəbər verir.

Bildirilib ki, daha 9 laboratoriya iyunun 19-da İran raketinin Soroka tibb mərkəzinin kampusuna düşməsi nəticəsində zədələnib.

"Laboratoriyalara vurulan zərər tibb və biologiya sahəsində müxtəlif tədqiqat layihələri üzərində çoxillik işin nəticələrini heçə endirdi", - universitetin bəyanatında qeyd olunub.

"Cebheinfo.az"