İran MAQATE ilə əməkdaşlığı dayandırdı

İran MAQATE ilə əməkdaşlığı dayandırdı

İran Parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (MAQATE) əməkdaşlığı dayandırmaqla bağlı qanun layihəsini təsdiqləyib.

"Cebheinfo.az" xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf layihənin qəbulundan sonra dövlət televziyasına açıqlama verib.

“İran Atom Enerjisi Təşkilatı, nüvə obyektlərimizin təhlükəsizliyi tam şəkildə təmin olunana qədər Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırır”, - deyə Qalibaf bildirib.

İranlı rəsmilər ölkənin dinc nüvə fəaliyyətlərinin daha sürətli irəliləyəcəyini də qeyd ediblər.

Bildirək ki, qanunun qüvvəyə minməsi üçün İranın Konstitusiyanı Qoruma Şurasının da təsdiqi tələb olunur.

Nigar Hacılı 
"Cebheinfo.az"