BƏƏ-də plastik QADAĞASI

BƏƏ-də plastik QADAĞASI

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2026-cı ilin 1 yanvar tarixindən etibarən birdəfəlik istifadə olunan plastik məhsulların idxalını, istehsalını və ticarətini tamamilə qadağan edəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu qərar 2024-cü ildə qüvvəyə minən plastik torba qadağasının davamı kimi qəbul olunub. 

Yeni qadağaya plastik qapaqlar, qablar və çəngəl-bıçaq dəstləri də daxildir.

BMT-nin Ətraf Mühit Proqramı bildirir ki, mikroplastiklər artıq insan ağciyərlərində, beyində və ana südündə aşkar olunub.

Hesablamalara görə, 2025-ci ildə dünya üzrə plastik istehlakı 516 milyon tona, 2060-cı ildə isə 1,2 milyard tona çatacaq.

Dünya miqyasında hər il baş verən 13 milyon ölümün ətraf mühit faktorları ilə əlaqəli olduğu bildirilir. Bu ölümlərin yarısı isə hava çirkliliyi ilə bağlıdır. 

Hava çirkliliyinin dünya üzrə sağlamlıq və iqtisadiyyata olan illik xərci 2,9 trilyon dollar təşkil edir.

Əfsanə Rəcəb
"Cebheinfo.az"