Onun qurduğu xəyal GERÇƏKLƏŞDİ

7 yaşında şahmata başlayan hindistanlı şahmat qrossmeysteri Qukeş Dommaraju dünyanın bir nömrəsi, norveçli Maqnus Karlseni məğlub edib.
"Cebheinfo.az" xəbər verir ki, beşqat dünya çempionu olan 34 yaşlı Karlsen, 19 yaşlı Qukeşə qarşı ilk dəfə uduzub.
Norveçdə keçirilən beynəlxalq turnirdə baş tutan bu görüşdəki məğlubiyyət Karlsenə ağır təsir edib.
O, oyundan sonra masaya yumruq vuraraq emosiyalarına hakim ola bilməyib.
Lakin daha sonra məğlubiyyətini qəbul edərək rəqibindən üzr istəyib.
Bu qələbənin ardınca Qukeşin 12 yaşında verdiyi bir müsahibə gündəmə gəlib.
Həmin reportajda gənc qrossmeyster ən böyük xəyalının Karlseni məğlub etmək olduğunu söyləyib.
Əfsanə Rəcəb
"Cebheinfo.az"