Həmin keçmiş məcburi köçkün vəfat etdi - VİDEO

1992-ci ildə Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən sonra məcburi köçkün düşən rayonun Allıkənd kənd sakini Bilal kişi vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, məcburi köçkün kimi Salyan rayonunun Sarvan kəndində məskunlaşmış şəxs xəstəlik səbəbindən bir neçə gün əvvəl dünyasını dəyişib.
Qeyd edək ki, Bilal kişi 30 ildən sonra doğma yurdunun işğaldan azad olunmasından sonra yaxınları tərəfindən Allıkənd kəndinə aparılmış və həmin vaxt təsirli görüntülər lentə alınmışdı.
"Cebheinfo.az"