Arda Güler karyerasını Fransada davam etdirə bilər

Hazırda "Real Madrid"in şərəfini qoruyan Arda Güler karyerasını Fransada davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın "El Nacional" nəşri məlumat yayıb.
Mənbə iddia edir ki, Çempionlar Liqasının son qalibi PSJ-nin çalışdırıcısı Luis Enrike 20 yaşlı hücumameyilli futbolçunu komandasında görmək istəyir.
Qeyd edək ki, Türkiyə millisinin üzvü isə bu mövsüm "Real Madrid"də oynamaq üçün çox şans əldə etmədiyi üçün narazıdır. Arda Güler bu mövsüm "Kral" klubunun heyətində bütün turnirlərdə 38 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
"Cebheinfo.az"