Qızıl 28 dollardan çox ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 28 dollardan çox azalıb.
"Cebheinfo.az" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,84% azalaraq 3 346,6 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə əksinə, 0,93% artaraq 36,14 ABŞ dollarına bərabər olub.
"Cebheinfo.az"