Cərimələrin artırılmasına görə təşəkkür etdi: Gündəm oldu - FOTOLAR

Cərimələrin artırılmasına görə təşəkkür etdi: Gündəm oldu - FOTOLAR

Məşhur türkiyəli müğənni Hülya Avşar ölkəsinin daxili işlər naziri Ali Yerlikayaya sosial şəbəkə vasitəsilə təşəkkür edib.

“Qafqazinfo” “Sözcü”yə istinadən xəbər verir ki, o, hər il bayram tətillərində Türkiyədə qeydə alınan yol qəzaları və çoxsaylı insan itkisinə diqqət çəkib.

Sənətçi baş verə biləcək hadisələrin sayının azaldılması və yollardakı təhlükəsizliyin artırılması məqsədilə Daxili İşlər Nazirliyinin tətbiq etdiyi yenilikləri dəstəklədiyini bildirib: “Nazir Ali Yerlikayanın yol hərəkəti qaydalarına daxil etdiyi yeniliklər: müasir radar sistemləri, dronlarla nəzarət, pul cərimələrinin artırılması, hətta kuryerlərdən müvafiq sertifikatların tələb edilməsi məni çox sevindirdi. Zamanın tələbinə uyğun atılan addımlara görə təşəkkür edirəm”.

Onun bu paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, hər il Ramazan və Qurban bayramları tətilləri zamanı Türkiyədə yol hərəkəti təhlükəsizliyi və baş verən ağır yol qəzaları ölkənin əsas gündəm mövzularından biri olur.

"Cebheinfo.az"