Sumqayıtda maşın aşıb: 12 yaşlı uşaq ölüb - FOTO

Sumqayıtda maşın aşıb, 12 yaşlı uşaq ölüb.
APA xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
İlkin məlumatlara görə, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb və aşıb. Nəticədə avtomobildə sərnişin qismində olan 12 yaşlı oğlan hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"