İran Vaşinqtonu bunda ittiham etdi

İran Vaşinqtonu bunda ittiham etdi

İran Vaşinqton administrasiyasını 12 ölkə vətəndaşlarına ABŞ-yə səyahət qadağası qoyduğuna görə qınayıb və bunu “irqçi” kimi qiymətləndirib.

"Cebheinfo.az" xəbər verir ki, İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın İran da daxil olmaqla 12 ölkə vətəndaşlarına səyahət qadağasına münasibət bildirib.

Qərar amerikalı siyasətçilər arasında "supremasist və irqçi zehniyyətin hökmranlığının açıq sübutu" və Vaşinqtonun iranlılara qarşı "dərin düşmənçiliyinin" göstəricisi kimi qiymətləndirilib.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

“ABŞ administrasiyasının İran vətəndaşlarını yalnız din və milli mənsubiyyətinə görə məhdudlaşdırmaq qərarı təkcə ABŞ qərar qəbul edən şəxslərin İran xalqı və müsəlmanlarına qarşı dərin düşmənçiliyini nümayiş etdirməklə yanaşı, ayrı-seçkiliyin qadağan edilməsi və əsas insan haqları kimi beynəlxalq hüququn fundamental prinsiplərini pozur”.

Xatırladaq ki, ABŞ Prezidenti Tramp “milli təhlükəsizliyə təhdidlər” olduğunu əsas gətirərək, Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən də daxil olmaqla 12 ölkə vətəndaşlarının ABŞ-yə səfərini qadağan edib.

Nigar Hacılı 
"Cebheinfo.az"