Qazaxda güclü külək binanın dam örtüyünü uçurub

Qazaxda güclü külək binanın dam örtüyünü uçurub

Qazax rayonunda ötən gecə saatlarında əsən güclü külək bir sıra fəsadlar törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, təbiət hadisəsi şəhərin Azadlıq küçəsi 208 ünvanında yerləşən beşmərtəbəli çoxmənzilli yaşayış binasının 1950 kv.m dam örtüyünün 300 kv.m hissəsini uçurub.

Qeyd edək ki, rayon ərazisinə dolu da düşüb, meyvə ağaclarına, əkin sahələrinə zərər vurub.

"Cebheinfo.az"