Salyanda gizlədilmiş 2,5 kq narkotik aşkarlanıb - FOTOLAR

Salyanda gizlədilmiş 2,5 kq narkotik aşkarlanıb - FOTOLAR

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Penitensiar xidmətindən verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində Ələkbərov Elçin Ağamirzə oğlu tərəfindən Salyan rayonu Noxudlu kəndi ərazisində köhnə tikilinin içərisində gizlədilmiş ümumi çəkisi 2 kiloqram 590 qram olan narkotik vasitə (745 qram heroin, 725 qram qurudulmuş marixuana və 1120 qram tiryək) aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"