Növbəti dəfə cəsəd mübadiləsi baş tutmadı

İstanbulda keçirilən danışıqlarda hər iki tərəfin 6000 əsgər cəsədinin mübadiləsini nəzərdə tutan razılaşma Ukraynanın heç bir açıqlama vermədən son anda geri çəkildiyi üçün ləğv edilib.
"Cebheinfo.az" xəbər verir ki, Rusiyanın “Mash” “Telegram” kanalının məlumatına görə, Rusiya nümayəndə heyəti bu gün sərhədə gətirdiyi ukraynalı əsgərlərin cəsədlərini təhvil verməyə hazır idi, lakin Ukrayna tərəfi heç bir əsas vermədən bu mübadiləni rədd edib.
Rusiyanın cəsəd mübadiləsinə “hər an hazır olduğu” və gətirilən cəsədlərin Belarus sərhədinə aparılacağı bildirilib.
Ukrayna Əsirlərinin Koordinasiya Mərkəzi Rusiyanın iddialarını təkzib edərək, mübadilə prosesinin hələ başlamadığını, lakin texniki hazırlıqlar tamamlandıqdan sonra cəsədləri qəbul etməyə hazır olduqlarını açıqlayıb.
Ukrayna parlamentinin üzvü Yuliya Yatsyk mübadilə ediləcək 6 min əsgərin hələ də itkin düşmüş şəxslərin rəsmi siyahısına daxil edilmədiyini, şəxsiyyət və DNT analizi tamamlandıqdan sonra bu prosesin tamamlanacağını açıqlayıb.
Rusiya vitse-prezidenti və İstanbul danışıqlarında iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bütün cəsədlərdə DNT testlərinin aparıldığını və onların şəxsiyyətlərinin müəyyən edildiyini iddia edib.
Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova sərt bəyanatla çıxış edərək Kiyev administrasiyasını “Ukrayna əsgərlərini nə sağ ikən, nə də öldükdən sonra dəstəkləməməkdə” günahlandırıb.
Zaxarova, "Rusiyanın 6 min cəsədin qaytarılması təklifinə Zelenskinin cavabı bu insanları rədd etmək oldu" deyib.
Nigar Hacılı
"Cebheinfo.az"