İlon Mask yeni siyasi partiya yaradır

İlon Mask yeni siyasi partiya yaradır

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi amerikalı iş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampla qarşılıqlı ittihamlardan sonra “Amerika Partiyası” adlı yeni siyasi partiya yaratmaq ideyasını ictimaiyyətlə bölüşüb.

"Cebheinfo.az" xəbər verir ki, Mask yeni siyasi partiya yaratmaq ideyasını sahibi olduğu "X" sosial media platformasında paylaşıb.

Bununla bağlı “X” vasitəsilə sorğu keçirən Mask ölkədə yeni siyasi partiyaya ehtiyac olub-olmadığını soruşub.

Mask, "ABŞ-də orta 80 faizi təmsil edən yeni bir siyasi partiya yaratmağın əsl vaxtıdırmı?"

Sorğuda iştirak edənlərin 80,4 faizi Maskın sualına “hə”, 19,6 faizi isə “yox” cavabını verib.

“Xalq danışdı. ABŞ-da 80 faizi təmsil edəcək yeni bir siyasi partiyaya ehtiyac var və insanların düz 80 faizi buna razıdır. Bu, qismətdir”, - Mask əlavə olaraq qeyd edib.

Qeyd edək ki, Trampın seçki kampaniyası zamanı vəd etdiyi vergi endirimlərini həyata keçirməyi hədəfləyən və Nümayəndələr Palatasında qəbul edilərək Senata göndərilən “Bir böyük gözəl qanun layihəsi” Maskın tənqid hədəfi olub, daha sonra Tramp və Mask arasında ittihamlar bir-birini izləyib.

Nigar Hacılı 
"Cebheinfo.az"