Ermənistanda seçkiqabağı sonuncu sorğu: Kim qalib gələcək?
Ermənistanda aparılan yeni sosioloji sorğu göstərir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyası lider mövqeyini qorumağa davam edir.
Lakin artıq təkbaşına hökumət qurmaq üçün özünə inam göstərmir.
“Cebheinfo.az”-ın məlumatına görə, iyunun 1-3-də telefon sorğuları vasitəsilə aparılan araşdırmanın nəticələrinə görə, seçkilərdə iştirak etməyə hazır olduqlarını bəyan edən vətəndaşlar arasında “Vətəndaş Müqaviləsi” partiyası 29,6 faiz səs toplayıb.
Onun əsas rəqibi olan “Güclü Ermənistan” bloku 26,4 fazi səs toplayıb. Araşdırma müəlliflərinin fikrincə, fərq minimaldır və bu, seçki kampaniyası zamanı siyasi balansı əhəmiyyətli dərəcədə dəyişə bilər.
Sorğuda 2050 vətəndaş iştirak edib. Proqnozlaşdırılan fəallığın 55 faiz olduğu təxmin edilir, respondentlərin 45 faizi isə suallara cavab verməkdən imtina edib.Sorğuya əsasən, siyasi qüvvələrin seçicilər arasında bölgüsü aşağıdakı kimidir:
1.”Vətəndaş Müqaviləsi” partiyası - 29.6 faiz
2. “Güclü Ermənistan” bloku - 26.4 faiz
3. Digər partiyalar (cəmi) - 17.5 faiz
4. “Ermənistan” Bloku - 14.8 faiz
5. “Çiçəklənən Ermənistan” partiyası - 6.1 faiz
6. “Qartal Qanadları” partiyası - 5.6 faiz
Müşfiq Abdulla
“Cebheinfo.az”


