Müctəba Xameneyi ictimaiyyət arasına bu SƏBƏBDƏN çıxmır
“İranın Ali Lideri Ayətullah Müctəba Xameneyi təhlükəsizlik səbəbləri ilə ictimaiyyət qarşısında çıxış etmir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 5-də bildirib.
"O, ölkənin işlərində çox yaxından iştirak edir və onun inkişafına təsir göstərir, hakimiyyətin sükanlarını əlində saxlayır. Lakin təhlükəsizlik səbəbləri ilə əlaqədar müvafiq orqanlar onun şəxsən çıxış etməməsini məsləhət görürlər", - deyə o, “Əl-Məyadin” televiziyasında bildirib. Müsahibənin transkripti Xarici İşlər Nazirliyinin “Telegram” kanalında dərc edilib.
Əraqçi əlavə edib ki, İslam Respublikası hökuməti Ayətullahla daim əlaqə saxlayır: “O, strateji qərarların qəbul edilməsində iştirak edir”.
Xəzər
“Cebheinfo.az”


