Köçəryan Azərbaycana məlumat ötürüb: 100 erməni mühasirəyə düşüb
Birinci Qarabağ müharibəsinin indiyədək ictimaiyyətə məlum olmayan epizodlarından biri açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu haqda “Minval Politika” məlumat yayıb.
Etibarlı mənbələrdən alınan məlumata görə, Bakıda həbsdə olan erməni hərbi cinayətkarları öz ifadələrində Köçəryanın Birinci Qarabağ müharibəsi zamanı əslində ermənilərin özlərini necə ələ verdiyinə dair maraqlı faktlar açıqlayıblar.
Belə ki, 1992-1993-cü illərdə Ağdərə-Kəlbəcər istiqamətində keçirilən əməliyyatlardan biri zamanı Kəçəryanla Ermənistan Müdafiə Nazirliyi arasında ciddi fikir ayrılığı yaranıb.
Mənbələrin məlumatına görə, Kəçəryan özünün haqlı və əvəzolunmaz olduğunu nümayiş etdirmək məqsədilə təxminən 100 erməni hərbçisinin mühasirəyə düşməsi üçün şərait yaradıb.
O, həmin hərbi əməliyyat barədə məlumatın Azərbaycan tərəfinə ötürülməsini təşkil edib. Nəticədə erməni hərbçilər mühasirəyə düşərək məhv edilib.
Beləliklə, hakimiyyət xatirinə 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsini təşkil edən, bununla da, ən təhlükəli siyasi rəqibləri - parlamentin sədri Karen Dəmirçyan və Baş nazir Vazgen Sarkisyanı aradan götürən, hakimiyyəti əlində saxlamaq üçün 2008-ci ilin mart ayında İrəvanda dinc etirazçıların qətlinə fərman verən bu şəxsin, Azərbaycana qarşı işğalçılıq müharibəsi zamanı tərəddüd etmədən “öz adamlarını” da qurban verdiyi məlum olub.
Əlləri dirsəyə qədər qana - həm azərbaycanlıların, həm də ermənilərin qanına batmış olan terrorçu mahiyyətli bu şəxs indi özünü “qəhrəman” kimi göstərməyə çalışır. Təbii ki, 2020-ci ildə əsl müharibə başlayanda bu “böyük sərkərdə” döyüşmək əvəzinə qaçmağı üstün tutduğunu “unudaraq”...
"Cebheinfo.az"


