Rusiya və ABŞ arasında diplomatik dialoq dayanıb?

Rusiya və ABŞ arasında diplomatik dialoq dayanıb?

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ ilə diplomatik dialoqun davam etdiyini və müxtəlif səviyyələrdə müntəzəm təmasların həyata keçirildiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Kirill Dmitriyev “Vesti” televiziya kanalına müsahibəsində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və amerikalı sahibkar Cared Kuşnerlə bir sıra görüş və danışıqların baş tutduğunu açıqlayıb.

“Diplomatik dialoq aktiv və çoxşaxəli olaraq qalır. Bu, yalnız Kuşner və Uitkoffla söhbətlərlə məhdudlaşmır. Bu həftə onlarla bir neçə dəfə danışmışam və müntəzəm əlaqədəyik”, - deyə Dmitriyev bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov da mütəmadi olaraq bu proseslərdə iştirak edir.O qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Xarici İşlər Nazirliyi xətti ilə amerikalı həmkarları ilə davamlı əlaqə saxlayır.

“Bildiyiniz kimi, Prezident Vladimir Putin və Prezident Tramp da tez-tez telefon danışıqları aparırlar. Dialoq həqiqətən davam edir”, – deyə Dmitriyev vurğulayıb.O əlavə edib ki, Trampın mədəniyyət üzrə nümayəndəsi yaxın zamanda Rusiyaya gəlib və Rusiya mədəniyyəti haqqında müsbət fikirlər səsləndirib.

“Dünən o, Rusiya mədəniyyəti barədə çox müsbət fikirlər ifadə etdi. Hətta Rusiyanın mədəni irsini həddindən artıq təriflədiyi üçün tənqid olunmağa başlayıb”, - deyə Dmitriyev bildirib. 

Nigar Hacılı 
"Cebheinfo.az"