Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilib

Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilib

Təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 25 ambulans bölgələrə göndərilib.

Bu barədə "Cebheinfo.az"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ambulanslar Ağdaş, Abşeron, Lənkəran, Cəlilabad, Sumqayıt, Gəncə, Astara, Göyçay, Sabirabad, Saatlı, Zaqatala, Bərdə, Samux, Biləsuvar, Qax, Şirvan, Masallı, Qusar, Beyləqan, Şəki, Neftçala rayon və şəhərlərinin Təcili tibbi yardım bölmələrinə təhvil verilib.

Avtomobillərdə monitorlu defibrilyator, elektrokardioqraf (EKQ), pulsoksimetr, qlükometr, böyüklər və uşaqlar üçün AMBU dəstləri, portativ və stasionar oksigen sistemləri, mexaniki və elektrik aspiratorlar, vakuum xərək, onurğa taxtası, boyun və hava şinaları, larinqoskop, ilk yardım çantası və digər zəruri tibbi avadanlıqlar yerləşdirilib.

Qeyd edək ki, İtaliya istehsalı olan İVECO markalı ambulanslar texniki spesifikasiyasına görə sadə differensiallı standart və reanimobil təcili tibbi yardım avtomobilləridir.

"Cebheinfo.az"