NATO sürətləndirilmiş dron tədarükünü müzakirə edir
NATO müttəfiqləri sərhəd bölgələrində hava məkanına nəzarəti gücləndirmək və təhdidlərə cavab vermək üçün sürətləndirilmiş dron tədarükü proqramını müzakirə ediblər.
"Cebheinfo.az" xəbər verir ki, bunu "Politico" diplomatik mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, 32 NATO səfirinin iştirak etdiyi qapalı görüşdə xüsusən də Ukrayna və Rusiya ilə sərhəd ərazilərdə hava məkanının monitorinqi və müdafiə missiyalarında istifadə edilə bilən dronların sayının təcili olaraq artırılmasının vacibliyi müzakirə edilib.
Müzakirə Qara dənizdəki vəziyyət də daxil olmaqla, Avro-Atlantik təhlükəsizliyinə davam edən risklər fonunda baş tutub. Xüsusilə, NATO-nun Rumıniyadakı mövcudluğunu gücləndirmək və regiondakı enerji layihələri də daxil olmaqla, vacib infrastrukturu qorumaq zərurəti vurğulanıb.
Görüş iştirakçılarının sözlərinə görə, alyans pilotsuz sistemlərin yaratdığı təhdidlərə qarşı mübarizə təşəbbüslərinin həyata keçirilməsini sürətləndirmək üçün variantları nəzərdən keçirir. Yekun qərarlar növbəti NATO sammitində verilə bilər.
Alyansın hərbi komandanlığının Qara dənizdəki enerji infrastrukturu obyektlərinin yaxınlığındakı ərazilər də daxil olmaqla, dəniz və hava dronlarından potensial təhdidlərin monitorinqində rolu da müzakirə edilib.
Xəzər
"Cebheinfo.az"

