Qorxulu gəlişmə: Tramp İrana qarşı ünvə silahını işə salacaq

Qorxulu gəlişmə: Tramp İrana qarşı ünvə silahını işə salacaq

Amerikalı jurnalist və “Pulitzer” mükafatı laureatı Seymur Herş iddia edib ki, ABŞ Prezidenti Donald Tramp bu həftə tabeliyində olan şəxslərlə İrana qarşı nüvə silahından istifadə ehtimalı barədə müzakirə aparıb.

O, söhbətin İrandakı yeraltı raket istehsalı müəssisələrinə zərbələr endirilməsi ilə bağlı müzakirələrin bir hissəsi kimi baş tutduğunu iddia edib. 

“Cebheinfo.az” xəbər verir ki, ABŞ administrasiyasının yüksək vəzifəli rəsmilərinin də iştirak etdiyi söhbət zamanı Tramp bu cür müəssisələri məhv etmək üçün nüvə silahından istifadənin nə dərəcədə mümkün olduğunu soruşub.

Herş qeyd edib ki, görüşdə iştirak edənlərdən ən azı biri sualın ifadə olunma tərzindən şoka düşüb və bunu Yaxın Şərqdə nüvə eskalasiyası ssenarisinin həddindən artıq təsadüfi müzakirəsi kimi qəbul edib.

Jurnalistin sözlərinə görə, Tramp söhbət zamanı əsəbi və məyus görünüb.

Xəzər
“Cebheinfo.az”