Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq
Bakı-Qəbələ-Bakı marşrutunda dəyişiklik edilib.
"Cebheinfo.az" xəbər verir ki, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 4 iyul 2026-cı il tarixindən başlayaraq Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq veriləcək.
Sərnişinlər hərəkət cədvəli ilə ADY-nin saytından və ya “ADY Mobile” tətbiqindən tanış ola bilərlər.
Nigar
"Cebheinfo.az"

