Nümayəndə heyəti Tehrana səfər edib

Nümayəndə heyəti Tehrana səfər edib

Qətər hökumətinin nümayəndə heyəti Tehrana səfər edib.

"Cebheinfo.az" xəbər verir ki, məlumatı İran dövlət televiziyası yaylıb.

Mənbənin məlumatına görə, səfərdə ikitərəfli və regional məsələlərin, eləcə də İranla ABŞ arasındakı böhranın mümkün həll yollarının müzakirəsi planlaşdırılır.

Son aylarda Qətər Tehranla Vaşinqton arasındakı gərginliyin azaldılması və danışıqlar prosesinin bərpası səylərində əsas vasitəçi olub.

Xəzər

"Cebheinfo.az"