Tramp hərbi məqsədlər üçün 350 milyard dollar istəyir - TƏCİLİ
ABŞ Prezidenti Donald Tramp Konqresdəki bütün respublikaçıları Müdafiə Nazirliyi üçün 350 milyard dollarlıq əlavə büdcə layihəsini dərhal irəli sürməyə və qəbul etməyə çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, Prezident "Truth Social"-da yazıb:
"Konqresdəki respublikaçıları dərhal 350 milyard dollarlıq büdcəni təsdiqləyəcək gözlənilən Recon 3.0 qanun layihəsini irəli sürməyə və qəbul etməyə çağırıram".
Trampın sözlərinə görə, Recon 3.0 ABŞ-nin ümumi hərbi büdcəsinin 1,5 trilyon dollara çatması üçün zəruri bir addımdır.
Amerika lideri vurğulayıb ki, vəsait silahlı qüvvələrin modernləşdirilməsi üçün lazımdır. O qeyd edib ki, bu, "Qızıl Günbəz" raketdən müdafiə sistemi və "Qızıl Donanma" layihəsinə, eləcə də sursat ehtiyatlarının doldurulmasına və F-47 qırıcılarının, B-21 bombardmançılarının və PUA-ların istehsalını artırmağa sərf ediləcək.
Qanun layihəsinə, həmçinin Trampın təklif etdiyi "Amerikanın Xilas Edilməsi Qanunu" da daxildir. Səsvermə hüquqları sahəsində buraya seçkilər üçün məcburi fotoşəkilli şəxsiyyət vəsiqəsi və vətəndaşlıq sübutu, eləcə də poçtla səsverməyə qoyulan məhdudiyyətlər daxil edilib.
Sosial hüquqlar sahəsində sənəddə kişilərin qadın idman yarışlarından kənarlaşdırılması və yetkinlik yaşına çatmayanlar üçün cinsiyyət dəyişdirmə əməliyyatının tamamilə qadağan edilməsi var.
Xəzər
"Cebheinfo.az"

