Tramp: "Sabah yenidən bombalayacağıq”

Tramp: "Sabah yenidən bombalayacağıq”

“Razılaşma imzalanmasa, sabah İranı yenidən bombalayacağıq”.

Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a açıqlamasında deyib.

O bildirib ki, Vaşinqtonun bombardmanları yaxın vaxtlarda dayandırıla bilər, lakin Tehran razılaşma imzalamasa, hücumlar davam edəcək.

Tramp İran ərazisindəki hədəflərə qarşı 49 ədəd “Tomahawk” raketindən istifadə olunduğunu bildirib. O qeyd edib ki, bəzi hədəflər paytaxt Tehran yaxınlığında yerləşib.

Tramp həmçinin ABŞ hərbi təyyarələrinin İran hava məkanında əməliyyat apardığını və ölkənin cənub-qərb bölgələrində radar və hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarıldığını dilə gətirib.

ABŞ Prezidenti İran rəsmilərinin hücumların dayandırılması üçün əlaqə saxladığını deyib və bombardmanların yaxın zamanda dayandırıla biləcəyini bildirib. Bununla yanaşı, o vurğulayıb ki, razılaşma əldə olunmasa, əməliyyatlar davam edəcək.

Trampın sözlərinə görə, İran razılaşma imzalamasa, “sabah daha sərt bombardmanlar” həyata keçirilə bilər. O, həmçinin mövcud vəziyyəti “dünyada ən çox pozulan atəşkəs” kimi xarakterizə edib.(“Qafqazinfo")

"Cebheinfo.az"