Roma Papası DÇ-2026-dan yazdı: "Pas verməyi bacarmayan şəxs..."

Roma Papası DÇ-2026-dan yazdı: "Pas verməyi bacarmayan şəxs..."

Futbol üzrə dünya çempionatının startına az qalmış Roma Papası XIV Leo azarkeşlərə səslənərək onları həmrəyliyə və qarşılıqlı yardımın vacibliyinə diqqət yetirməyə çağırıb.

Oxu.Az xəbər verir ki, Roma Papası bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Futbol bizə unutmamalı olduğumuz bir şeyi xatırladır. Həyat təkbaşına parlamaq üçün edilən bir qaçış deyil, birlikdə keçməyi öyrəndiyimiz bir yoldur. İstedadı olsa belə, pas verməyi bacarmayan şəxs oyunu hələ dərk etməyib. Başqaları ilə başqaları üçün yaşamağı bacarmayan insan isə hələ həyatı anlamayıb", - deyə Roma Papası öz paylaşımında qeyd edib.

Xatırladaq ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək baş tutacaq. Turnirin hazırkı qalibi 2022-ci ilin həlledici final matçında Fransa yığmasını məğlub edən Argentina milli komandasıdır.

"Cebheinfo.az"