Tehran Trampın iddiasını təkzib etdi: “Yalandır”
İranın yüksək vəzifəli rəsmilərindən biri ABŞ Prezidenti Donald Trampın İran rəsmilərinin atəşkəs əldə etmək üçün onunla əlaqə saxladığına dair iddiasını qəti şəkildə rədd edib.
"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyasına danışan və adı açıqlanmayan yüksək vəzifəli rəsmi Trampın “İran rəsmilərinin ona birbaşa zəng edərək bombardmanların dayandırılmasını istədiyi” barədə bəyanatına münasibət bildirib.
İranlı rəsmi bildirib ki, bu iddia həqiqəti əks etdirmir: “Trampın İran rəsmilərinin onunla birbaşa danışdığı və bombardmanın dayandırılmasını istədiyi barədə iddiası tamamilə yalandır. Tramp ilə heç bir təmas qurulmayıb və İran davam edən təcavüzə hərbi yolla cavab verir”.
Rəsmi, həmçinin vurğulayıb ki, İranın mövqeyi dəyişməyib və ölkə özünə qarşı həyata keçirilən hücumlara qarşı cavab tədbirlərini davam etdirir.
Xatırladaq ki, daha əvvəl verdiyi açıqlamada İran rəsmilərinin onunla əlaqə saxlayaraq münaqişənin dayandırılmasını istədiyini iddia etmişdi. Tehran isə bu açıqlamanı qətiyyətlə təkzib edərək ABŞ Prezidenti ilə heç bir birbaşa əlaqənin olmadığını bəyan edib.
Nigar Hacılı
"Cebheinfo.az"

