Pezeşkian xalqı birləşməyə çağırdı

"İran xalqı müharibə başlatmayıb və bunu istəməyib, lakin indi İsrailin təcavüzünə qarşı vahid cəbhə ilə çıxış etməlidir".
"Cebheinfo.az" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bəyan edib.
Prezident Pezeşkian "Biz nüvə silahının arxasınca deyilik. Bizim belə silahlara sahib olmaq niyyətimiz yoxdur" ,- deyib. Xalqı fikir ayrılıqlarını bir kənara qoyub birləşməyə çağıran Pezeşkian "Düşmənin təcavüzünə qarşı möhkəm dayanmalıyıq",- deyə bildirib.
O, daha sonra deyib:
"Düşmən bizi döyərək, öldürərək, sui-qəsd edərək kənarlaşdıra bilməz. Çünki bayrağı enən hər bir igidin qarşısında bayrağı götürüb zülmə, haqsızlığa, cinayətə, vətənə xəyanətə qarşı duracaq yüzlərlə qəhrəman var".
Bununla belə, Pezeşkian İranın nüvə enerjisindən faydalanmaq hüququna malik olduğunu deyib və ölkənin enerji məqsədləri üçün uranı zənginləşdirməyə davam edəcəyinə söz verib.
İsraillə münaqişənin yaratdığı təhlükələrə diqqət çəkən Pezeşkian ictimaiyyəti bir daha problem və fikir ayrılıqlarını bir kənara qoyaraq birləşməyə çağırıb:
"Biz fikir ayrılıqlarımızı bir kənara qoymalı, möhkəm dayanmalıyıq".
Xəzər
"Cebheinfo.az"