Müğənni Nigara “Vətən Müharibəsi iştirakçısı” medalı necə verilib?

Bir neçə gündür müğənni Nigar Rəhimovanın “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsi sosial şəbəkələrin ən çox müzakirə olunan mövzularından biridir.
Nigar Rəhimova özü bu barədə sosial şəbəkə hesabında paylaşım edib, sonradan tənqidlərə tab gətirməyərək statusunu silib.
Məsələ ilə bağlı Nigar Rəhimovanın köməkçisi bir neçə gün öncə musavat.com-a açıqlama verib: “Sosial şəbəkələrdə Nigar xanım haqqında artıq-əskik sözlər yazanlar, onun şərəf və ləyaqətini aşağılayanlar qanun qarşısında cavab verəcək. Xanım özü dövlətin qulluğunda xidmətindədir. Hər halda dövlətimiz necə qərar veribsə, elə də addım atılıb. Əlavə suala cavab vermək istəmirik”.
Məsələni müzakirəyə çıxaranların çoxu Nigar Rəhimovanı tanımadıqlarını vurğulayırlar.
"Cebheinfo.az" xəbər verir ki, "qafqazinfo" müğənni barədə araşdırma aparıb.
Bildirilir ki, onun daha çox şadlıq məclislərində iştirakını əks etdirən videolar paylaşılıb. Müğənni eyni zamanda III “Muğam televiziya müsabiqəsi 2011”in iştirakçısı da olub. Sosial şəbəkələrdə yayılan məlumata görə isə N.Rəhimova həm də Azərbaycan Silahlı Qüvvələrinin solistidir. Bununla bağlı rəsmi açıqlama verilməyib.
İfaçı öz yutub kanalında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun qarşısında oxuduğu mahnını da paylaşıb. O, illər əvvəl bu video ilə də gündəmə gəlibmiş.
"Cebheinfo.az"