BTC ilə bu il nəql olunan neftin həcmi açıqlanıb

BTC ilə bu il nəql olunan neftin həcmi açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft kəmərləri ilə 12 233,3 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 4,3% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 76,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 9 314,7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,04% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83%-i və ya 7 731,5 min tonunu Azərbaycanda hasil edilən neft (0,7% azalma), 17%-i və ya 1 583,2 min tonunu (13,1% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.

"Cebheinfo.az"