Trampla danışan Zelenskidən açıqlama

Trampla danışan Zelenskidən açıqlama

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin sabiq prezidenti Donald Trampla telefon danışığı aparıb.

"Cebheinfo.az" xəbər verir ki, danışıqlardan sonra açıqlama verən Zelenski Trampa cəbhədəki son vəziyyət barədə məlumat verdiyini bildirib.

O, Ukraynanın bu gündən etibarən 30 günlük atəşkəsə hazır olduğunu Trampa çatdırıb:

“Ümid edirik ki, Rusiya bu təklifə müsbət cavab verəcək. Həmçinin Ukraynanın istənilən formatda danışıqlara hazır olduğunu da təsdiqlədim”.

Zelenski iki ölkə arasında imzalanmış “iqtisadi tərəfdaşlıq” sazişinə də toxunub:

“Ukrayna ilə ABŞ arasında münasibətlər tarixində bu qədər ümidverici iqtisadi anlaşma heç vaxt olmayıb.”

Əfsanə Rəcəb
"Cebheinfo.az"