Piter Şilton və Dino Zoffdan sonra üçüncü olan Vozinya
Futbol üzrə Kabo-Verde millisini təmsil edən Vozinya indiyədək futbol üzrə dünya çempionatlarının tarixində yalnız iki qapıçının nail olduğu uğuru təkrarlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Vozinya 40 yaş və ondan yuxarı yaşda birdən çox matçı qol buraxmadan keçirən üçüncü qapıçı olub.
Bununla da qolkiper ingiltərəli Piter Şilton (3) və italiyalı Dino Zoffun (2) yer aldığı siyahıya daxil olub. Kabo-Verde yığmasının əlcək sahibi İspaniya və Səudiyyə Ərəbistanı seçmələrinə qarşı matçlarda qol buraxmayıb. Qeyd olunan hər iki qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
"H" qrupunda mübarizə aparan Kabo-Verde komandası topladığı üç xalla cədvəldə ikinci pillədə qərarlaşıb. Yığma qrup mərhələsi çərçivəsində üç dəfə heç-heçə edib. 1/16 final mərhələsində isə Kabo-Verde futbolçuları turnirin son qalibləri olan Argentina millisi ilə üz-üzə gələcəklər.
Xatırladaq ki, Dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.
"Cebheinfo.az"


